Məşhur snookerçi ağır cəza aldı

İdman

19.11.2024 18:10

İngiltərəli bilyardçı Mark Kinq danışılmış oyunlarda təqsirli bilinərək 5 il müddətinə idmandan uzaqlaşdırılıb.

TodayPress xəbər verir ki, müstəqil nizam-intizam komitəsi snooker oyunçusunu danışılmış oyunlarda və bir matç barədə insayderə məlumat verməkdə təqsirli bilib.

O, Co Perri (0-4) ilə matçda şübhəli mərc aşkar edildikdən sonra 2023-cü ilin martında Dünya Peşəkar Bilyard və Snooker Assosiasiyası (WPBSA) tərəfindən yarışlardan kənarlaşdırılıb. 

İttihamları rədd edən Kinq məhkəmə xərcləri üçün 68,299,50 funt sterlinq ödəməyə də məcburdur. O, noyabrın 28-dək qərardan apellyasiya şikayəti verə bilər. 

Mark Kinqin qadağası 18 mart 2023-cü ildən hesablanacaq və 17 mart 2028-ci ilə qədər qüvvədə olacaq.

Namiq HUN

tag: Snokerçi, İngiltərə, Mark Kinq, Dünya,todaypress.az,