Məşhur musiqiçi klubun səhmdarı oldu
İdman
16.08.2024 17:45
Tanınmış musiqiçi və aktyor Ed Şiran İngiltərənin “İpsviç Taun” klubunun azlıqdakı payını alıb.
TodayPress xəbər verir ki, Şiranın “İpsviç”dəki ümumi payı 1,4 faiz olacaq və müqavilənin bir hissəsi olaraq “Ed Portman Roud” stadionundakı icra qutusundan uzun müddət istifadə edəcək.
“İpsviç Taun” ötən mövsüm Premyer Liqaya vəsiqə qazanıb.
Ed Şiran britaniyalı müğənni, bəstəkar, musiqiçi, prodüser, aktyor və iş adamıdır. Onun ilk kommersiya uğuru 2011-ci ilin iyununda Britaniya hit-paradında 3-cü yeri tutan “The A Team” sinqlı sayəsində əldə edilib.
Namiq HUN
tag: Musiqiçi, İpsviç Taun, Premyer Liqa, Ed Şiran, Bəstəkar, todaypress.az,