Məşhur karateçi istefa verdi
İdman
16.01.2025 18:07
5 qat dünya və 11 qat Avropa çempionu, Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev Azərbaycan Milli Karate Federasiyasındakı vəzifəsindən istefa verib.
TodayPress News24.az-a istinadla xəbər verir ki, o, Milli Karate Federasiyası İctimai Birliyinin vitse-prezidenti vəzifəsindən ayrılıb.
Ağayev postundan ayrılmasının səbəbini, ötən 7-8 ay ərzində təşkil edilən iclaslara dəvət almaması ilə izah edib.
Qeyd edək ki, R.Ağayev 2024-cü ilin fevralında Azərbaycan Milli Karate Federasiyası İctimai Birliyinin vitse-prezidenti vəzifəsinə təyin olunmuşdu.
Namiq HUN
tag: Rafael Ağayev, Milli, Karate ,İstefa, Vəzifə ,todaypress.az,