Məşhur idmançıdan sürpriz qərar - İslamı qəbul etdi

İdman

20.06.2024 00:31

Qarışıq stil döyüşçüsü (MMA) Ceff Monson islam dinini qəbul edib.

 

TodayPress TASS-a istinadla xəbər verir ki. Bu barədə idmançı özü məlumat verib.

 

Monson çərşənbə günü Moskvada kəlimeyi-şəhadət gətirərək müsəlman olduğunu açıqlayıb. O, "Mən islamı şüurlu şəkildə qəbul edirəm. Bu çətin zamanda qardaşlarımla çiyin-çiyinə dayanmaq istəyirəm.” deyə dinini dəyişməsinin səbəbini izah edib.

 

Qeyd edək ki, 53 yaşlı idmançı bu günə qədər 60 qələbə, 26 məğlubiyyət və 1 heç-heçə rekorduna malikdir.

 

Monson 2018-ci ildə ABŞ vətəndaşlığından imtina edərək Rusiya Federasiyasının vətəndaşlığını qəbul edib. 2023-cü ilin sentyabrında Vahid Rusiya Partiyasından Başqırdıstan Dövlət Məclisinə deptat seçilib.

 

GÜNEL

 

tag: Ceff Manson, Rusiya Federasiyası, ABŞ vətəndaşlığı, İslam dini, todaypress.az,