Məşhur futbolçunun villasına basqın oldu

İdman

28.01.2025 17:01

799

“Atletik”in hücumçusu Aleks Berenquerin evinə silahlı basqın olub. 

TodayPress “El Correo”ya istinadən xəbər verir ki, 29 yaşlı futbolçu həyat yoldaşı ilə villasında olarkən üç nəfər silahlı şəxs soyğunçuluğa cəhd edib.

Berenquer onların içəri girməsinə mane olmaq üçün şüşə qapını bağlayıb. Onlardan biri dəmirlə qapını açmağa çalışarkən, digəri silahı futbolçuya və həyat yoldaşına tuşlayıb. İçəri girə bilməyən soyğunçular qaçıblar.

Hadisədən sonra evin təhlükəsizlik sistemi işə salınıb və polis gəlib. Berenquer və həyat yoldaşı xəsarət almayıb. Polis oğurluğa cəhdlə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, cari mövsüm Aleks La Liqada 20 matç çıxıb, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.

Namiq HUN

tag: Atletik,Aleks Berenquer,Ev,Silah,Basqın,todaypress.az,