Məşhur futbolçunu kim incik saldı?

İdman

31.08.2024 12:44

İvan Perişiç Xorvatiyanın “Hayduk” (Split) futbol klubundan ayrılıb. 

TodayPress xəbər verir ki, futbolçunun komandanın baş məşqçisi Cennaro Qattuzo ilə dil tapmadığı bildirilir. 

Qeyd edək ki, “Hayduk” Perişiçin futbolçu karyerasına başladığı klubdur. Top-klublardan isə, ilk olaraq 2011-ci ildə Dortmund “Borussiya”sının futbolçusu olub. O, daha sonra “Volfsburq”, “İnter”, “Bavariya” və “Tottenhem” klublarında oynayıb. 

35 yaşlı futbolçu  2024-cü ilin qışında əvvəlcə icarə əsasında, sonra isə birdəfəlik “Hayduk”a qayıdıb. Yarımmüdafiəçi bu yay komandadan ayrılıb.

Namiq HUN

tag: İvan Perişiç , Xorvatiya, Hayduk ,Klub, Bavariya, Tottenhem ,İnter ,todaypress.az,