Məşhur futbolçu milli karyerasını bitirdi

İdman

07.09.2024 12:42

Uruqvaylı hücumçu Luis Suares milli komandada son oyununu keçirib. 

TodayPress xəbər verir ki, Paraqvay millisinə qarşı 2026-cı il dünya çempionatının seçmə qarşılaşması forvardın millidə vida matçı olub. 

37 yaşlı futbolçu start heyətində meydana çıxıb və sona qədər Uruqvay millisinin şərəfini qoruyub. 

Qeyd edək ki, Luis Suares Uruqvay millisində 2007-ci ilin fevralında 20 yaşında ikən debüt edib. O, ümumilikdə milli komandanın heyətində 143 oyun keçirib. Suares bu görüşlərdə 69 qol vurub və 39 məhsuldar ötürmə verib. 

Namiq HUN

tag: Uruqvay, Paraqvay,Görüş, Komanda, todaypress.az,