Məşhur futbolçu hoteldə ölü tapıldı
"Kalyari"nin keçmiş futbolçusu Andrea Kapone hoteldə ölü vəziyyətdə tapılıb.
TodayPress xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
43 yaşlı veteran yarımmüdafiçinin başında ağır zədələr olub. İlkin versiyaya görə, pilləkəndən yıxılması nəticəsində Kaponenin ölümcül zərbə alıb.
Qeyd edək ki, Andrea 1998-2007-ci illərdə "Kalyari"nin heyətində çıxış edib. Onun son klubu "Salernitana" olub.
tag: Futbolçu,Hotel ,Ölü,Andrea Kapone ,Todaypress.az,