Məşhur futbolçu gələcəyi ilə bağlı qərar verdi
Edinson Kavani Argentina klubu ilə müqaviləsini uzadıb.
TodayPress “todomercadoweb.es”ə istinadən xəbər verir ki, uruqvaylı hücumçu “Boka Xuniors”la əməkdaşlığı davam etdirmək qərarına gəlib.
Tərəflər arasındakı yeni müqavilə 2025-ci ilin sonuna kimi qüvvədə olacaq.
37 yaşlı futbolçunun transfer dəyəri 1 milyon avro qiymətləndirilir.
Qeyd edək ki, Edinson Kavani karyerasını “Boka Xuniors”da bitirməyi planlaşdırır. O, bu il Argentina çempionatında keçirdiyi 19 oyunda 9 qol vurub.
Namiq HUN
tag: Edinson Kavani ,Argentina ,Boka Xuniors ,Çempionat ,Müqavilə ,todaypress.az,