Məşhur basketbolçu təqaüdə çıxdı
İdman
26.09.2024 16:56
2023/2024 mövsümündə Milli Basketbol Liqasında (NBA) "Memfis Qrizzles"in formasını geyinən Derrik Rouz karyerasını bitirib.
TodayPress "The Athletic"ə istinadən xəbər verir ki, amerikalı başketbolçu təqaüdə çıxdığını açıqlayıb.
“Hər kəsin həyatında “Nə olarsa” hekayəsi var. Bacarsam belə, özümdəki heç nəyi dəyişməzdim. Amma artıq xəyalların arxasınca getmək və təcrübəmi bölüşmək vaxtı çatıb” deyə Rouz bildirib.
Qeyd edək ki, 35 yaşlı Derrik 2009-cu ildə ən yaxşı debütant basketbolçu adına layiq görülüb. O, 2010/2011 mövsümündə ən dəyərli oyunçu seçilib.
Derrik Rouz ABŞ yığmasının heyətində 2010 və 2014-cü illərdə dünya çempionatının qalibi olub.
Namiq HUN
tag: Basketbolçu ,ABŞ, Derrik Rouz ,Dünya, Çempionat,Memfis Qrizzles ,todaypress.az,