Məşhur basketbolçu sosial şəbəkələri tərk etdi
İdman
23.11.2024 15:37
Amerika Futbol Liqasının keçmiş oyunçusu və teleaparıcı Emmanuel Aço “Los Anceles Leykers”in ulduz basketbolçusu LeBron Ceymsin sosial şəbəkələri tərk etməsinə münasibət bildirib.
TodayPress xəbər verir ki, o, bu barədə “Sportskeed”aya danışıb.
“Niyə insanlar həmişə sosial mediadan çıxacaqlarını elan etməyə ehtiyac duyurlar? Qrupdan çıxanda bunu elan etməyə ehtiyac yoxdur. Bunu bütün dünyaya yayımlamağa ehtiyac yoxdur. Heç kim o qədər vacib deyil və əslində bu vəziyyət bizi maraqlandırmır”.
Qeyd edək ki, LeBron Ceyms sosial şəbəkələrdə böyük izləyici kütləsi olan ən məşhur idmançılardan biridir. Ümumilikdə onun bütün internet platformalarında 200 milyondan çox abunəçisi var.
Namiq HUN
tag: Basketbolçu, Sosial Şəbəkələr, Ceyms, Los Anceles Leykers, todaypress.az,