Məşhur baş məşqçi vəfat etdi

İdman

26.08.2024 16:53

İsveçli tanınmış futbol məşqçisi Sven-Yoran Eriksson dünyasını dəyişib. 

TodayPress xəbər verir ki, təcrübəli mütəxəssis 76 yaşında vəfat edib. 

O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Sven-Yoran Eriksson bu ilin yanvarında səhhəti ilə bağlı ən yaxşı halda bir il ömrünün qaldığını açıqlamışdı.

Qeyd edək ki, Eriksson məşqçilik karyerasında “Roma”, “Fiorentina”, “Mançester Siti” klublarını, həmçinin İngiltərə və Meksika millilərini çalışdırıb. 

Namiq HUN

tag: İsveç, Futbol,Sven-Yoran Eriksson, Roma, Mançester Siti, todaypress.az,