Mertens qərar verdi
Belçikalı futbolçu Dris Mertens karyerasını başa vurmaq istədiyini “Qalatasaray” klubunun rəhbərliyinə çatdırıb.
TodayPress “SporX”ə istinadən xəbər verir ki, vinger mövsüm sonunda Istanbul təmsilçisi ilə müqavilə müddətini uzatmayacaq və karyerasını başa vuracaq.
“Qalatasaray” klubunun rəhbərliyi futbolçu karyerasını bitirməyə qərar verən 37 yaşlı Mertensi komandanın idarə heyətində saxlmaq istəyir. Qeyd edək ki, Dris Mertens karyerası ərzində “Anderlext”, “Gent”, PSV və “Napoli” klublarında da forma geyinib.
Namiq HUN
tag: Dries Mertens,Qalatasaray,Karyera,Vinger,Todaypress.az,