Mendilibar: “Qarabağ”ı məğlub etmək üçün mümkün olan hər şeyi edəcəyik”

İdman

30.01.2025 10:39

“Qarabağ” klubu UEFA Avropa Liqasının Liqa mərhələsinin sonuncu - VIII turu çərçivəsində Yunanıstanda “Olimpiakos”la qarşılaşacaq.   

TodayPress xəbər verir ki, Pirey təmsilçisinin baş məşqçisi Xose Luis Mendilibar matçdan öncə keçirilən mətbuat konfransında Azərbaycan çempionunun zəif komanda olmadığını bildirib: 

“Qarabağ”a qalib gəlmək vacib deyil. Amma onları məğlub etmək istəmək, cəhd etmək və buna nail olmaq üçün mümkün olan hər şeyi etmək lazımdır.

“Qarabağ”ı ən zəif komanda kimi görmürük. Sadəcə yaxşı nəticələr əldə etməyiblər. Lakin bu, onların rəqabətdə pis komanda olduqları demək deyil. İstədiyimiz nəticəni əldə etmək üçün yaxşı oynamalıyıq. Qalib gəlmək üçün səy göstərəcəyik və sonra digər oyunların nəticələrinin necə olacağını görəcəyik". 

eyd edək ki, “Olimpiakos” – “Qarabağ” matçı yanvarın 30-da, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.   

Namiq HUN

tag: Qarabağ,Olimpiakos,Matç,Pirey,Todaypress.az,