Mendi İngiltərə çempionunu məhkəməyə verdi
İdman
15.10.2024 17:55
“Mançester Siti”nin müdafiəçisi Benjamin Mendi sabiq komandasını məhkəməyə verib.
TodayPress BBC-yə istinadən xəbər verir ki, 2021-ci ilin avqustunda Mendi cinsi xarakterli cinayətlərdə ittiham edilib.
Məhkəmə bir sıra epizodları əhatə etdiyindən uzun çəkib. Proseslərdən sonra isə Benjamin Mendi təqsirli bilinməyib.
Qeyd edək ki, “Mançester Siti” bu ittihamlardan sonra fransalı futbolçunu komandadan uzaqlaşdırıb və maaşını ödəməyi dayandırıb. İttihamlar aradan qaldırılanda isə 30 yaşlı futbolçunun “şəhərlilər”lə müqaviləsi artıq başa çatıb.
Benjamin Mendi bu səbəbdən “Mançester Siti”ni məhkəməyə verib. O, cəzasından 11,5 milyon funt-sterlinq ödənilməmiş maaşını istəyir.
Namiq HUN
tag: İngiltərə ,Mendi ,Mançester Siti ,Məhkəmə ,Müdafiəçi, todaypress.az,