Məmmədyarov komandasına xal qazandırdı
İdman
15.01.2025 18:59
Almaniyanın “Vernhaym” şahmat klubunun şərəfini qoruyan beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov Bundesliqanın növbəti turunda iştirak edib.
TodayPress xəbər verir ki, çempionatın VI turunda “Vernhaym” klubu “Dezisau”ya 4,5:3,5 hesabı ilə qalib gəlib.
Məmmədyarov üçüncü löbhədə belçikalı Daniel Darda ilə heç-heçə edib.
VI turdan sonra hesabında 7 xal olan “Vernhaym” turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.
Yarışın lideri isə son illərin daimi çempionu “Baden-Baden” klubudur.
Namiq HUN
tag: Almaniya,Vernhaym,Şəhriyar Məmmədyarov,Bundesliqa,todaypress.az,