Məmmədyarov FIDE reytinqində irəlilədi
İdman
31.10.2024 17:38
FIDE dünya şahmatçılarının yeni reytinqini açıqlayıb.
TodayPress xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinqində üç pillə irəliləyib.
Qrossmeyster noyabr ayı üçün tərtib olunan siyahıda 2738 xalla 15-cidir.
2698 xalla 33-cü olan Teymur Rəcəbov iki pillə geriləyib.
Rauf Məmmədovun da mövqeyi dəyişib. Aktivində 2651 xal olan qrossmeyster 90-dan 82-ci yerə yüksəlib.
Siyahıya 2831 xalla norveçli Maqnus Karlsen başçılıq edir.
Azərbaycanın qadın şahmatçılarından ən yaxşı nəticə Günay Məmmədzadəyə məxsusdur. O, 2417 xalla 39-cu yerdə məskunlaşıb.
Gövhər Beydullayeva 2403 xalla 44-cü, Ülviyyə Fətəliyeva 2381 xalla 65-ci, Xanım Balacayeva 2362 xalla isə 79-cu pillədə yer alıb.
Qadın şahmatçıların sıralamasına 2633 xalla çinli Yifan Hou başçılıq edir.
Namiq HUN
tag: Məmmədyarov, FIDE, Şahmat,Azərbaycan, Reytinq, todaypress.az,