Məmmədyarov dünya çempionunu məğlub etdi

İdman

02.12.2024 14:27

İngiltərədə "London Chess Classic" şahmat turniri davam edir.

TodayPress xəbər verir ki, yarışda iştirak edən azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov III turda ilk qələbəsini qazanıb.

O, qadınlar arasında dünya çempionu Cu Vencuna (Çin) qalib gəlib.

III turdan sonra 2 xal toplayan Məmmədyarov lider Qeveyn Consdan (İngiltərə) yarım xal geri qalaraq 3-cü pillədə məskunlaşıb.

Namiq HUN

tag: İngiltərə, London Chess Classic,Cu Vencuna,Çempion, Dünya, todaypress.az,