Məmmədyarov 8 pillə irəlilədi
Beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov onlayn reytinqini yüksəldib.
TodayPress xəbər verir ki, ölkə çempionatında final mərhələsinə vəsiqə qazanan şahmatçı sıralamada 8 pillə irəliləyib.
Hazırda o, 12-ci yerdədir. Məmmədyarov finalda uğur qazanarsa, ilk 10-luqda yer ala bilər.
Reytinqinə 17,6 xal əlavə edən Şəhriyarın hazırki göstəricisi 2748,6 Elo-dur.
Namiq HUN
tag: Beynəlxalq ,Qrossmeyster ,Şəhriyar Məmmədyarov,Reytinq,todaypress.az,