Məmmədov “Velez Mostar”ın transfer siyahısına düşdü
Bosniya və Herseqovinanın “Yedinstvo” futbol klubunda yer alan azərbaycanlı qolkiper Elməddin Məmmədov yüksək liqada çıxış edə bilər.
TodayPress xəbər verir ki, ölkənin “Velez Mostar” klubu Məmmədovu heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, 29 yaşlı futbolçunun “Yedinstvo” ilə müqaviləsi gələn ay başa çatacaq. Elməddinin Məmmədov yayda Bosniya və Herseqovina təmsilçisi ilə anlaşıb.
Namiq HUN
tag: Bosniya, Herseqovina,Yedinstvo, Elməddin Məmmədov ,todaypress.az,