Məmmədov minifutbol millisindən ayrıldı

İdman

24.12.2024 14:18

Minifutbol üzrə Azərbaycan yığma komandasının kapitanı Seymur Məmmədov karyerasını bitirib.

TodayPress xəbər verir ki, bu barədə milli komandanın baş məşqçisi Elşad Quliyev məlumat verib.

“Seymur bundan sonra millinin oyunlarına dəvət almayacaq. O, böyük ehtimalla, minifutbol yığmasının məşqçilər korpusunda yer alacaq” mütəxəssis bildirib.

Qeyd edək ki, Seymur Məmmədov hazırda futzal üzrə Azərbaycan çempionatında çıxış edir.

Namiq HUN

tag: Futbol ,Milli, Komanda, Azərbaycan ,todaypress.az,