Meksika Qran-prisi Leklerə baha başa gəldi

İdman

02.11.2024 16:30

"Formula 1" üzrə “Ferrari” pilotu Şarl Lekler 5000 avro cərimələnib.

TodayPress xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) mətbuat xidməti məlumat yayıb.

Lekler Meksika Qran-prisində əsas yarışdan sonra keçirilən mətbuat konfransında nalayiq ifadələr işlətməkdə günahlandırılıb. 

27 yaşlı pilot növbəti 12 ay ərzində nalayiq ifadələri yenidən təkrarlasa, daha 5000 avro ödəməli olacaq.

Namiq HUN

tag: Meksika, Formula1, Qran-Pri, Avtomobil, Yarış, todaypress.az,