Mehriban Əliyeva Olimpiya Oyunlarındakı gimnastlarımızla bağlı paylaşım etdi
İdman
11.08.2024 10:24
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Paris Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən gimnastlarla bağlı paylaşım edib.
TodayPress xəbər verir ki, paylaşımda qeyd olunub:
"Əhsən! Sizinlə fəxr edirəm! Əziz gimnastlar, sizin zəhmətiniz, mətanətiniz və ən yaxşı olmaq istəyiniz sayəsində əldə olunan tərəqqi göz qabağındadır! Məharətinizə, qələbə əzminizə və ən mürəkkəb elementləri zərifliklə yerinə yetirdiyinzə görə sağ olun! Sizə yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram! Sizi sevirəm".
tag: Mehriban Əliyeva, todaypress.az,gimnastlar,Paris 2024, Olimpiya Oyunları,