Məhkəmə Sadıqovun həbsi ilə bağlı vəsatəti təmin etmədi

İdman

13.12.2024 10:41

Moskvanın Qolovinski Məhkəməsi “Ximki” futbol klubunun  investoru Tufan Sadıqovun həbsi ilə bağlı istintaqın vəsatətini rədd edib.

TodayPress xəbər verir ki, Sadıqov külli miqdarda dələduzluqda ittiham olunur.

Azərbaycanlı iş adamı 1 ay 18 gün ev dustaqlığında qalacaq.

“İstintaqın məlumatına görə, Tufan Sadıqov və digər şəxslər mütəşəkkil cinayətkar dəstənin tərkibində fəaliyyət göstərən şəxslərlə əlbir olan firmalara qaytarılmayan kreditlərin verilməsi üçün qondarma kredit müqavilələri bağlayaraq həmin vəsaiti öz xeyrlərinə çevirmiş, bununla da banka külli miqdarda ziyan vurmuşlar”.

Namiq HUN

tag: İstintaq, Bank, Tufan Sadıqov, Müqavilə, todaypress.az,