Məhkəmə Riad Rəfiyevin iddiasını icraata götürmədi
Məhkəmə “Sumqayıt” futbol klubunun prezidentinin jurnalistlərə qarşı iddiasını icraata götürməkdən imtina edib.
TodayPress xəbər verir ki, Nərimanov Rayon Məhkəməsi Riad Rəfiyevin jurnalistlər Anar Şabanoğlu və İxtiyar Əsgərova qarşı xüsusi ittiham qaydasında şikayət ərizəsini icraata götürməkdən imtina edib.
Qeyd edək ki, “Sumqayıt” futbol klubunun prezidenti Riad Rəfiyev jurnalistlər Anar Şabanoğlu və İxtiyar Əsgərovu məhkəməyə verib.
Klub rəsmisi media nümayəndələrinin onu təhqir etdiyini iddia etmişdi.
Namiq HUN
tag: Riad Rəfiyev, Nərimanov, Məhkəmə, İttiham, todaypress.az,