Məhkəmə məşhur futbolçuya hökm çıxardı

İdman

14.11.2024 11:21

Sabiq fransalı hücumçu Cibril Sisse 8 aylıq şərti həbs cəzasına məhkum edilib.

TodayPress RMC-ə istinadən xəbər verir ki, futbolçu şirkətin əmlakından sui-istifadədə və mühasibat hesabatlarında qeyri-dəqiqlikdə təqsirli bilinib. 

Bastiya məhkəməsi 43 yaşlı idmançını 20 min avro cərimələyib. 

Sisse vergidən yayındığına görə cəzalandırılmamasından məmnun olduğunu bildirib.

“Həmişə dediyim kimi, mən heç vaxt vergi orqanlarını aldatmamışam. Məhkəmə mənim haqlı olduğumu sübut etdi” Sisse deyib.

Qeyd edək ki, Cibril Sisse futbolçu karyerası ərzində “Oser”, “Liverpul”, “Marsel”, “Sanderlend”, “Panatinaikos”, “Latsio”, KPR, “Əl-Qarafa” və “Bastiya”da da çıxış edib.

Namiq HUN

tag: Məhkəmə, Hökm,Cibril Sisse,Liverpul,Cərimə, todaypress.az,