Məhəmməd Muradlı "Dubai Open"in qalibi oldu

İdman

02.06.2024 15:48

Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən şahmat üzrə "Dubai Open 2024" beynəlxalq turnirinin qalibi məlum olub. TodayPress xəbər verir ki, son tura lider kimi başlayan Azərbaycan şahmatçısı Məhəmməd Muradlı yekun partiyada heç-heçə oynayıb. 9-cu turda Muradlı çinli Dai Changrenlə xalı yarı bölüb.

Nəticədə 9 tura 7 xal toplayan Məhəmməd Muradlı "Dubai Open 2024"ü qazanıb. Bu uğur fonunda şahmatçımız həm də 16 000 ABŞ dolları məbləğində pul mükafatına layiq görülüb.

Liderdən 0,5 xal az toplayan digər şahmatçımız Eltac Səfərli 2-6-cı yerləri bölüşdürüb. Əlavə əmsallara görə Eltac 6-cı yeri tutub.


Namiq HUN

tag: Şahmat,Birləşmiş Ərəb Əmirlikləri,Dubai Open 2024,Məhəmməd Muradlı, İdman, todaypress.az,