Medvedev “Paris-2024”ün açılış mərasimini biabırçı adlandırdı
İdman
28.07.2024 16:55
“Paris Olimpiadasının açılış mərasimi Rusiyanın 2014-cü il Soçi Oyunlarına və ya 2018-ci il FİFA Dünya Çempionatına ev sahibliyi etməsi ilə müqayisə olunmayacaq dərəcədə acınacaqlı bir tamaşa idi”.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bu fikri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
"Fransa Makronun rəhbərliyi altında, çılğın, allahsız bir kütlənin gurultusu ilə korrupsioner qız səviyyəsinə enib. Ayıbdır!” deyə Medvedev əlavə edib.
O, insanları televizorları söndürməyə və internetdəki utanc verici qəribə şounu izləməməyə çağırıb.
Qeyd edək ki, iyulun 26-da Parisdə keçirilən Olimpiadanın açılış mərasimində Leonardo da Vinçinin “Son şam yeməyi” əsərinin təxribat xarakterli parodiyası nümayiş etdirilib. Tamaşa bütün dünyada kütləvi narazılıqla qarşılanıb.
Günəş Mərd
tag: Medvedev,Fransa,Olimpiada,Makron,Rusiya,todaypress.az,