Mədinə Sadıqova “BRICS” oyunlarında qızıl medal qazandı
Azərbaycan komandası Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən beynəlxalq "BRICS" multi-idman oyunlarında ilk qızıl medalını qazanıb.
TodayPress xəbər verir ki, karateçimiz Mədinə Sadıqova (55 kq) bu şərəfə nail olub.
O, bütün rəqiblərini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Namiq HUN
tag: Mədinə Sadıqova, BRİCS, Tatarıstan, Kazan, Qızıl Medal, todaypress.az,