Medina yeni razılaşmaya imza atdı

İdman

05.02.2025 18:20

1644

“Qarabağ” klubu Kevin Medina ilə bağlı qərar verib.

TodayPress xəbər verir ki, Azərbaycan çempionu müqaviləsi yayda bitəcək müdafiəçi ilə yeni razılaşmaya imza atıb.

Kolumbiyalı legioner daha 2 il "Qarabağ"ın şərəfini qoruyacaq. Yeni müqavilədə Medinanın maaşı da artırılıb.

Qeyd edək ki, cənubi amerikalı arxa xətt oyunçusu 2020-ci ildən “Qarabağ”ın şərəfini qoruyur. (Sportinfo.az)

Namiq HUN

tag: Qarabağ,Futbol,Medina,Çempion,Todaypress.az,