Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa verdi

İdman

24.04.2025 07:15

11

Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa verib.

TodayPress xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyevin Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindəki işlərinin spesifikliyi ilə əlaqədar Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa vermək qərarına gəldiyi bildirilir.

Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından etibarən Azərbaycan Velosiped Federasiyasının prezidenti idi.

tag: Mədət Quliyev, Azərbaycan Velosiped Federasiyası, İstefa, General-Polkovnik, todaypress.az,