“McLaren” komandasından uğurlu start
“Formula-1” üzrə Avstraliya Qran-prisində sıralama turunun qalibi məlum olub.
TodayPress xəbər verir ki, “McLaren” komandasınn pilotu Lando Norris ən yaxşı nəticə göstərib.
İlk üçlüyü onun komanda yoldaşı Oscar Piastri və “Red Bull” pilotu Maks Ferstappen təşkil edib.
Qeyd edək ki, Melburn şəhərində keçirilən Avstraliya Qran-prisi cari mövsümün ilk yarışıdır.
“Formula-1” üzrə Azərbaycan Qran-prisi sentyabrın 19-21 aralığında keçiriləcək.
Namiq HUN
tag: Formula 1,Qran-pri,McLaren,Yarış,Todaypress.az,