Mbappenin psixikası pozuldu

İdman

13.11.2024 10:05

Fransa millisinin və “Real Madrid” futbol klubunun hücumçusu Kilian Mbappe psixoloji baxımdan sarsılıb.

TodayPress xəbər verir ki, “L`Equipe” məlumat yayıb. 

Forvardın əhatəsində olanlar da onun durumunun pis olduğunu təsdiqləyiblər.

Kilia Mbappenin artıq bir neçə aydır ki, psixoloji problemləri olduğu bildirilib. 

Qeyd edək ki, 25 yaşlı futbolçunun hücumda kifayət qədər aktiv olmaması azarkeşlərin onu tənqid etməsinə səbəb olub. 

Namiq HUN

tag: Fransa, Forvard, Mbappe, Psixologiya, Real Madrid, todaypress.az,