Mbappe “Real”ın ən yaxşı futbolçusu seçildi
“Real Madrid” futbol klubunun hücumçusu Kilian Mbappe azarkeşlərin səsverməsinə əsasən sentyabr ayının ən yaxşı futbolçusu seçilib.
TodayPress xəbər verir ki, fransalı futbolçu sorğuda komanda yoldaşlarından Dani Karvahalı, Rodriqonu, Eder Militaonu və Vinisius Junioru qabaqlayıb.
Qeyd edək ki, Mbappe sentyabr ayında “kral klubu”nun heyətində meydana çıxdığı 5 oyunda 6 qol vurub.
Namiq HUN
tag: Real Madrid ,Mbappe ,Kral Klubu ,Visius Junioru ,Azarkeşlər ,todaypress.az,