Mbappe "Real"ı peşman etdi
İdman
19.10.2024 11:05
"Real Madrid" klubu Kilian Mbappenin transferindən narazıdır.
TodayPress "Daily Mail"ə istinadən xəbər verir ki, bu barədə jurnalist Romen Molina məlumat verib.
"Real" fransız hücumçunu dəvət etdiyinə görə peşman olub. Mən buna zəmanət verirəm. Bunu mənə səs qeydi olmadan deyiblər. Onu Florentino Peres istəyib. O, ulduz oyunçuları sevir. Klub üzvləri onun oyun səviyyəsindən məyus olublar. Bəlkə də, bunda Kilianın təqsiri yoxdur" Molina deyib.
Xatırladaq ki, Kilian Mbappe ilə "Real Madrid" klubu arasında müqavilənin imzalanması iyunun 3-də rəsmən açıqlanıb.
Namiq HUN
tag: Real Madrid, Kilian Mbappe, Real, Klub, Müqavilə, todaypress.az,