Mbappe “Real Madrid” azarkeşlərinə təqdim olundu
Hücumçu Kilian Mbappenin “Real Madrid” karyerası rəsmən başladı.
TodayPress xəbər verir ki, fransalı ulduz futbolçu “Santyaqo Bernabeu”da azarkeşlərin önünə çıxıb.
Təqdimat mərasimindən əvvəl klub prezidenti Florentino Perezlə görüşən Mbappe 5 illik müqaviləyə imza atıb. Madrid təmsilçisinin yeni ulduzuna 9 nömrəli forma təqdim edilib.
“Real” Mbappeyə 50 milyon avro məbləğində imza ödənişi edəcək. Futbolçunun illik maaşının 15-20 milyon aralığında olması gözlənilir.
Qeyd edək ki, Kilianın Mbappenin Madriddəki təqdimat mərasimini izləmək üçün təxminən 80 min azarkeş arenaya gəlib.
Namiq HUN
tag: Mbappe, Real Madrid, Fransa, Florentino Perez, Azarkeş, todaypress.az,