Mbappe "Qızıl buts"a sahib çıxdı
"Real Madrid" futbol klubunun hücumçusu Kilian Mbappeyə "Qızıl buts" təqdim olunub.
TodayPress xəbər verir ki, fransalı futbolçu Çempionlar Liqasının bombardirinə verilən mükafatı aldığı barədə özünün sosial şəbəkə hesabında məlumat verib.
Mbappe 2023/24 mövsümündə PSJ-nin heyətində ÇL-də 8 qol vurub. Paris təmsilçisi yarımfinala qədər yüksəlib.
Namiq HUN
tag: Real,Kilian Mbappe, Qızıl Buts, Çempionlar ,PSJ ,Paris ,todaypress.az,