Mbappe PSJ-nin ən yaxşı futbolçusu seçildi

İdman

21.10.2024 17:35

"Real Madrid" klubunun hücumçusu Kilian Mbappe XXI əsrdə PSJ-nin ən yaxşı futbolçusu seçilib.

TodayPress xəbər verir ki, "Goal" portalı öz versiyasını təqdim edib.

2000-ci ildən Paris təmsilçisinin 25 yaxşı futbolçusunun adının daxil edildiyi siyahıya Mbappe başçılıq edir.

Reytinqdə ikinci hücumçu Zlatan İbrahimoviçdir. İlk üçlüyü isə braziliyalı Neymar tamamlayır. 

Qeyd edək ki, Mbappe 2024-cü ilin yayında azad agent kimi "Real"a transfer olunub. 25 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə meydana çıxdığı 12 oyunda 8 qol vurub və 1 məhsuldar ötürmə edib.

Namiq HUN

tag: Real Madrid, Zlatan, Reytinq, Real, Mbappe, todaypress.az,