Mbappe PSJ-dən maaş və bonuslarının ödənilməsini tələb edir

İdman

25.10.2024 13:29

PSJ keçmiş hücumçusu Kilian Mbappeyə 55 milyon avro ödəməli olacaq.

TodayPress “Ekip”-ə istinadən xəbər verir ki, Fransa Futbol Fedarasiyasının Apellyasiya Komitəsi futbolçunun parislilərdən ödəniş alacağına dair qərar verəcək.

Mbappenin lehinə hökm elan edildikdən sonra PSJ Fransa Futbol Federasiyasının himayəsində olan daha yüksək Apellyasiya Komitəsinə müraciət edə biləcək. 

Göstərilən məbləğə futbolçunun ödənilməmiş maaşı, həmçinin bonuslar daxildir.

Qeyd edək ki, Kilian Mbappe yayda PSJ-dən ayrılaraq azad agent kimi “Real Madrid”ə keçib. Forvard “kral klubu” ilə 5 illik müqavilə imzalayıb.

Namiq HUN

tag: Fransa,Mbappe,Futbol,PSJ,Apellyasiya Komitəsi, todaypress.az,