Mbappe Paris Olimpiadasında oynamayacaq
İdman
29.06.2024 14:33
Fransa millisinin hücumçusu Kilian Mbappe Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirak etməyəcək.
TodayPress xəbər verir ki, “Real” avqust oyunlarında hücumçunun uğurlu çıxışına ümid etdiyindən onu Olimpiadaya buraxmayacaq. Bu səbəbdən Mbappe Paris olimpiadasında Fransa komandasına kömək edə bilməyəcək və mövsümə Madrid klubunun heyətində hazırlaşacaq.
Qeyd edək ki, Mbappe daha əvvəl RMC Sport-a müsahibəsində Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirak qərarının ondan asılı olmadığını bildirib.
“Vəziyyəti hamı bilir, qərar məndən asılı deyil. Nə olursa olsun, xoşbəxt olacağam. Olimpiada mənim orda oynayıb-oynamamağımdan asılı olmayaraq baş tutacaq. Ümid edirəm ki, Fransanın dünyaya açıq idman ölkəsi olduğunu göstərəcəyik”, - deyə Mbappe bildirib.
Kilian Mbappe Fransa millisinin heyətində 2018-ci il dünya çempionatının qalibi olub. Forvardın aktivində Qətər Mundialının da gümüş medalı var. O, milli komanda ilə meydana çıxdığı 77 oyunda 46 qol vurub. Mbappe Fransa millisinin tarixində 57 qol vuran Olivye Jiru və 51 dəfə fərqlənən Tyeri Anridən sonra üçüncü bombardirdir.
Namiq HUN
tag: Mbappe, Paris, Fransa, RMC Sport, Olimpiya Oyunları, todaypress.az,