Mbappe La Liqada ilkə imza atdı

İdman

01.02.2025 13:00

“Real Madrid” klubunun hücumçusu Kilian Mbappe La Liqada yanvar ayının ən yaxşı oyunçusu seçilib.   

TodayPress xəbər verir ki, fransalı futbolçu ilk dəfə İspaniya çempionatında ayın ən yaxşı oyunçusu mükafatını qazanıb.   

Yanvarda Mbappe La Liqanın 3 matçında 5 qol vurub. 

Qeyd edək ki, daha əvvəl “Real”ın ingiltərəli yarımmüdafiəçisi Cud Bellinqem dekabr ayında La Liqada ayın oyunçusu seçilib. 

 Namiq HUN

tag: Real Madrid,Klub,Hücumçu,Liqa,Todaypress.az,