Mbappe Karlo Ançelottidən narazıdır

İdman

07.11.2024 01:30

“Real Madrid” klubunun hücumçusu Kilian Mbappe meydandakı mövqeyindən danışıb.

TodayPress sport.es nəşrinə istinadən xəbər verir ki, fransalı forvard hücumun mərkəzində oynamağı sevmir. 

Kilian hücumun cinahlarında istifadə olunsa, daha faydalı olacağına əmindir.

Mbappe komandası üçün lazımi qədər qol vura bilməməsinin səbəbini bunda görür. 

O, baş məşqçi Karlo Ançelottidən narazıdır.

Qeyd edək ki, Kilian Mbappe cari mövsümdə 15 oyunda 8 qol və 2 assistlə yadda qalıb. 

Namiq HUN

tag: Mbappe, Ançelotti, Baş Məşqçi, Real Madrid, todaypress.az,