Mbappe işi dəlil tapılmadığından bağlandı
İdman
12.12.2024 16:19
Fransa millisinin və “Real Madrid” klubunun hücumçusu Kilian Mbappenin təcavüz və cinsi zorakılıq şübhəsi ilə bağlı istintaqı bağlanıb.
TodayPress xəbər verir ki, bu barədə AFP İsveç Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Forvardın ittiham olunduğu işin bağlanmasına səbəb dəlil tapılmaması olub.
Xatırladaq ki, Kilian Mbappe millinin oyunları ilə əlaqədar fasilə zamanı Stokholmdakı gecə klubunda olduğu vaxt ciddi qalmaqalla üzləşmişdi. Onun oktyabrın 10-da bir qıza təcavüz etdiyi iddia olunurdu.
Qeyd edək ki, 25 yaşlı futbolçu cari mövsümdə 22 oyun keçirib, 12 qol vurub və 2 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Mbappe ,Fransa, Klub, Hücum ,todaypress.az,