Mbappe Fransa millisinə dəvət aldı
“Real Madrid”in futbolçusu Kilian Mbappe yenidən Fransa millisinə çağırılıb.
TodayPress xəbər verir ki, bu barədə “L'equipe” məlumat yayıb. Fransa yığma komandasının baş məşqçisi Didye Deşam nəşrə müsahibəsində deyib.
Fransa millisi martın 20-də və 23-də Millətlər Liqasının 1/4 final matçlarında Xorvatiya komandası ilə qarşılaşacaq.
Xatırladaq ki, Mbappe ötən ilin oktyabr və noyabr aylarında Millətlər Liqasında keçirilən oyunlar üçün milliyə çağırılmamışdı.
Didye Deşamla problem yaşayan hücumçunun millidə oynamaq istəmədiyi barədə xəbərlər yayılmışdı.
Qeyd edək ki, hücumçu Fransa millisinin heyətində meydana çıxdığı 86 matçda 48 qol vurub və 35 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Didye Deşam,Mbappe,Real Madrid,Fransa ,Todaypress.az,