Mbappe Fransa millisindən üz döndərdi
İdman
09.11.2024 13:40
“Real Madrid” klubunun hücumçusu Kilian Mbappe Fransa yığma komandasının baş məşqçisi Didye Deşamla mübahisə edib.
TodayPress “Get Football News”a istinadən xəbər verir ki, Mbappe yığma komandanın ötən ay baş tutan oyunları üçün heyətə dəvət edilməyib.
Yığmanın baş məşqçisi Didye Deşam daha əvvəl futbolçunun sağlıq durumu ilə bağlı belə qərar verdiklərini deyib.
Yeni məlumata görə, Kilian özü milli komandaya gəlməyib. Forvard baş məşqçi ilə anlaşa bilmir və onun rəhbərliyi müddətində millidə oynamaq istəmir.
Namiq HUN
tag: Mbappe, Fransa, Futbol, Didye Deşam, İdman,todaypress.az,