Mbappe fantastik məbləğdə bonus aldı
“Real Madrid” klubunun futbolçusu Kilian Mbappenin transferinin maliyyə detalları açıqlanıb.
TodayPress “El Nacional”a istinadıb xəbər verir ki, “kral klubu” ötən ilin yayında transfer etdiyi forvarda 117 milyon avro + illik əmək haqqı məbləğində bonus ödəyib.
Futbolçunun “Real”la imzaladığı müqavilədə həmin bonusun ödənilməsinə dair bənd olub.
Qeyd edək ki, Mbappe cari mövsüm bütün turnirlərdə 39 oyun keçirib. O, 27 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Fransalı hücumçunun “Real”la müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Namiq HUN
tag: Real Madrid,Mbappe, Real Madrid, Fransa, Azarkeş, todaypress.az,