Mbappe dəyərini itirdi
İdman
28.12.2024 11:08
“Transfermarkt” portalı “Real Madrid”in hücumçusu Kilian Mbappenin bazar dəyərinə yenidən baxıb.
TodayPress xəbər verir ki, fransalı futbolçunun qiyməti 180 milyon avrodan 160 milyon avroya düşüb.
Oxşar dəyər azalması 2022-ci ilin noyabrında qeydə alınıb. Həmin ilin dekabrında Mbappenin dəyəri maksimum 200 milyon avroya çatıb.
Bu, futbol tarixindəki ən yüksək göstəricilərdən biri olub.
Qeyd edək ki, forvard yayda “Real”a keçib. O, “kral klubu” ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.
Kilian Mbappe ötən mövsümdə bütün yarışlarda 24 oyun keçirib, 14 qol vurub və 4 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Real ,Klub, Madrid, Qol, todaypress.az,