Mbappe debut mövsümündə rekord qırdı

İdman

11.03.2025 10:27

1169

“Real Madrid”in hücumçusu Kilian Mbappe yeni rekorda imza atıb.   

TodayPress xəbər verir ki, 26 yaşlı futbolçu “kral klubu”ndakı debut mövsümündə vurduğu qolların sayını 29-a çatdırıb.   

Bununla da Mbappe, hər hansı bir klubda debüt mövsümündə 29 və daha çox qol vuran ilk fransız futbolçu adını qazanıb.   

Əvvəlki rekord hücumçu Mişel Platiniyə məxsus idi. O, 1982/1983 mövsümündə “Yuventus”da 28 qol vurmuşdu. 

Qeyd edək ki, ötən yay “Real”a transfer olunan Kilian Mbappenin klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.   

Namiq HUN

tag: Mbappe, Real Madrid,Debüt,Rekord,Todaypress.az,