Mbappe 6 il müddətinə həbs edilə bilər
İdman
17.10.2024 11:15
Təcavüzdə günahlandırılan “Real Madrid” klubunun hücumçusu Kilian Mbappe İsveç qanunlarına görə 6 ilə qədər həbs cəzası ala bilər.
TodayPress xəbər verir ki, “Cerfia” məlumat yayıb.
Cəza ittiham tərəfi fransalı forvardın günahkar olduğunu sübut edəcəyi təqdirdə qüvvəyə minəcək.
Hazırda Mbappenin adı faktiki olaraq bu məsələdə şübhəli şəxs kimi keçir.
Qeyd edək ki, “kral klubu” fransalı hücumçusunu Stokholma səfəri zamanı yaranmış təcavüz iddiaları fonunda dəstəkləyir.
“Real” Mbappe ilə bağlı vəziyyəti idman tarixinin ən böyük saxtakarlığı adlandırıb.
Xatırladaq ki, ulduz futbolçu İsveçdə zorlama və cinsi qısnamada şübhəli bilinir.
Namiq HUN
tag: Mbappe ,Forvard ,Cəza ,Fransa ,Real ,todaypress.az,