Maykl Cordanın əşyaları hərracda satıldı - FOTO
İdman
05.11.2024 17:50
ABŞ-nin "Çikaqo Bulls" klubu ilə altı dəfə NBA çempionu olan əfsanəvi basketbolçu Maykl Cordana məxsus beş əşya Nyu-Yorkun "Sotheby's"in hərracında 8,5 milyon dollara satılıb.
TodayPress xəbər verir ki, məşhur basketbolçunun 1996/97 mövsümündə çempion olduğu forma 4,68 milyon dollara satılıb.
1992-ci ildə keçirilən olimpiadanın mükafatlandırma mərasimində Cordanın da tərkibində olduğu “Dream Team” oyunçuları tərəfindən imzalanmış ABŞ bayrağı üçün 1,8 milyon dollar ödənilib.
Basketbolçunun “Çikaqo Bulls”dakı sonuncu, 1997/98 mövsümünün pley-off mərhələsinin ilk matçında geyindiyi forma 840 min dollara, Şimali Karolina Universitetində çıxış etdiyi dövrdən məşq forması və imzalı idman ayaqqabıları 132 min dollara öz alıcısını tapıb.
Mayklın üçüncü dəfə ən çox xal toplayan oyunçu olduğu 1988/89 mövsümündə geyindiyi forma və şort 1,08 milyon dollara satılıb.
Qeyd edək ki, Maykl Cordan basketbolçu karyerasını 2003-cü ildə başa vurub. O, altı NBA çempionluğu ilə yanaşı, ABŞ yığmasının tərkibində 1984 və 1992-ci illərdə Olimpiya Oyunlarının qalibi adını qazanıb.
Namiq HUN
tag: Maykl Cordan, NBA, Hərrac, ABŞ, Basketbol, todaypress.az,
![photo](/uploads/news/672a1a557e9e5.jpg)
![photo](/uploads/news/672a1a61e3dfd.jpg)